Binəqədidə avtomobil piyadanı vurdu

Binəqədidə avtomobil piyadanı vurdu Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
210
8 İyul , 2020 03:45
Binəqədidə avtomobil piyadanı vurdu

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, avtomobil 1994-cü il təvəllüdlü Əliyev Abbas Abbas oğlunu yaşadığı evin yanında vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ əlinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.