Binəqədidə avtomobil gənc oğlanı vuraraq xəsarət yetirdi

Binəqədidə avtomobil gənc oğlanı vuraraq xəsarət yetirdi Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
27 İyul , 2020 07:42
Binəqədidə avtomobil gənc oğlanı vuraraq xəsarət yetirdi

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Biləcəri qəsəbə sakini, 1995-ci il təvəllüdlü Osmanov Elmin Asim oğlu yaşadığı evin yanında yolu keçərkən onu minik avtomobili vurub. Nəticədə E.Osmanov müxtəlif bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov 

Son xəbərlər

Orphus sistemi