Binəqədidə ağır yol qəzası baş verib, bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Binəqədidə ağır yol qəzası baş verib, bir nəfər ölüb, iki nəfər xəsarət alıb DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
21 İyun , 2016 11:32
Binəqədidə ağır yol qəzası baş verib, bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Bakı. 21 iyun. REPORT.AZ/ Binəqədidə avtomobil yolu keçən üç nəfəri vurub, onlardan biri ölüb. 

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyunun 21-də saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində Xırdalan şəhər sakini Anar Səfərov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Cavanşir Kirmirzəyevi, Səbuhi Şahmarovu və İsmayıl Hümbətovu vurub. 

Nəticədə C.Kirmirzəyev hadisə yerində ölüb, digər piyadalar isə xəstəxanaya yerləşdirilib. 

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi