Yuxarı

​Binəqədi rayonunda istehsalat sexində yanğın olub

Sexə maddi ziyan dəyib

Bakı. 4 mart. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonunda yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə nəticəsində vətəndaşa məxsus istehsal sexinin anbarının yanar konstruksiyaları və içərisində avadanlıqlar 250 kv.m sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 23:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi