Binəqədi rayonunda ikimərtəbəli evdə yanğın baş verib

Binəqədi rayonunda ikimərtəbəli evdə yanğın baş verib Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
7 Yanvar , 2015 03:46
Binəqədi rayonunda ikimərtəbəli evdə yanğın baş verib

Bakı. 7 yanvar. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanıb, yüksək temperaturdan pilləkən qəfəsinin lambirdən ibarət tavanı 15 kv.m sahədə əriyib.

"Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi