Binəqədi rayonunda avtomobillər toqquşub, xəsarət alan var

Hadisə
  • 18 may, 2024
  • 04:55
Binəqədi rayonunda avtomobillər toqquşub, xəsarət alan var

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Həsənov Elşad Əkrəm oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.