​Binəqədi rayonunda avtomobil təmiri sexi yanıb

​Binəqədi rayonunda avtomobil təmiri sexi yanıb Qarajda olan "Hyundai" avtomobili yanğından mühafizə olunub
Hadisə
1 fevral 2015 03:48
​Binəqədi rayonunda avtomobil təmiri sexi yanıb

Bakı. 1 fevral. REPORT.AZ/ Bakının Binəqədi rayonu ərazisində yanğın hadisəsi qeydə alınıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşa məxsus dəmirdən ibarət avtomobil təmiri sexinin arxasına yığılmış taxta yeşiklər və sexin içərisində taxta masa, açar dəstləri yanıb.

Qarajda olan "Hyundai" markalı minik avtomobili və sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi