Binəqədidə avtomobil 33 yaşlı kişini vurub

Binəqədidə avtomobil 33 yaşlı kişini vurub Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
30 Oktyabr , 2019 06:20
Binəqədidə avtomobil 33 yaşlı kişini vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində qeydə alınıb.

Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının yaxınlığında 1986-cı il təvəllüdlü Qədirov Orxan Adil oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi