Yuxarı

Binəqədi gənclər şəhərciyində əməliyyat keçirilib

Külli miqdarda spirtli içki aşkarlanıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan külli miqdarda spirtli içkini aşkar edərək realizə olunmasının qarşısını alıb.

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Belə ki, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində əmliyyat keçirilib. Qəsəbənin “Binəqədi Gənclər Şəhərciyi” adlanan yaşayış massivində Azərbaycan Respublikasının vətəndaşı Şükürov Adil Famil oğluna məxsus “FORD TRANSİT” markalı, 50-DA-058 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi saxlanılıb. Həmin nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin yük yerindən Rusiya Federasiyasının aksiz markası ilə markalanmış külli miqdarda “Stolichnaya vodka”, “Stolichnaya sever” , “Beluga transatlantic” araqları aşkar edilərək götürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi