Bakı. 9 mart. REPORT.AZ/ Axşam saatlarında Xəzər rayonunun Binə qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə cücə sexi yanıb.
"Report" xəbər verir ki, hadisə nəticəsində sexin içərisindəki sayı məlum olmayan toyuq tüstüdən boğularaq tələf olub.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.