Ötən gün axşam saat 22:30 radələrində Xəzər rayonunun Binə qəsəbəsində xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un məlumatına görə, "Südçülük sovxozu" adlanan ərazidə "45-Bl-756" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı mikroavtobus idarəetməni itirərək, yolun sağ tərəfində dayanmış "10-RO-447" dövlət qeydiyat nişanlı "VAZ-2107"yə çırpılıb.
Hadisə yerinə gələn YPX əməkdaşlarının sözlərinə görə, bir nəfər bədən xəsarəti alaraq dərhal xəstəxanaya aparılıb.

