“Binə” Ticarət Mərkəzinin parça anbarında yanğın olub

“Binə” Ticarət Mərkəzinin parça anbarında yanğın olub Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” Ticarət Mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Hadisə
4 Aprel , 2024 11:17
“Binə” Ticarət Mərkəzinin parça anbarında yanğın olub

Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” Ticarət Mərkəzində parça materialları yanıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın güclü küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlərin operativ müdaxiləsi və peşəkarlığı sayəsində ticarət mərkəzində baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 250kv.m olan anbarın içərisinə yığılmış parça materialları 50kv.m sahədə və bitişik yerləşən, sahəsi 250kv.m olan anbarın içərisinə yığılmış parça materialları 10kv.m sahədə yanıb.

Anbarlar, içərisində olan digər parça materialları və obyektlər yanğından mühafizə edilib.

Son xəbərlər

Orphus sistemi