Binə Ticarət Mərkəzində qadın oğurluq etdi

Binə Ticarət Mərkəzində qadın oğurluq etdi Bakıda mağazada oğurluq hadisəsi baş verib.
Hadisə
18 Mart , 2020 10:10
Binə Ticarət Mərkəzində qadın oğurluq etdi

Bakıda mağazada oğurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə martın 7-si Binə Ticarət Mərkəzi ərazisində yerləşən mağazaların birində qeydə alınıb.

Belə ki, naməlum şəxs 1984-cü il təvəllüdlü H.Baxışəliyevaya məxsus mağazadan 84 manat dəyərində geyim əşyaları oğurlayıb.

Daha sonra qadın hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Qaradağ Rayon Polis İdarəsinin 10-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü X.Bağırova saxlanılıb.

Faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi