Binəqədi rayonunda soyğunçuluq hadisəsi baş verib

Binəqədi rayonunda soyğunçuluq hadisəsi baş verib Soyğunçuluqda şübhəli bilinən Astara və Mingəçevir şəhər sakinləri tutulublar
Hadisə
10 Sentyabr , 2014 11:23
Binəqədi rayonunda soyğunçuluq hadisəsi baş verib

Bakı.10 sentyabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda soyğunçuluq hadisəsi baş verib. Bu barədə Report-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Hadisə İ.Dadaşov küçəsində olub. Belə ki, iki naməlum şəxs Bakı şəhər sakini Əbülfəz Rəhimovu hədələyərək mobil telefonunu və əynindəki cins gödəkcəsini alaraq gediblər. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Astara rayon sakini Novruz Baxşıyev və Mingəçevir şəhər sakini Elgün Asifli tutulublar. Hadisə ilə bağlı artıq cinayət işi başlanılıb, istintaq davam edir.

Son xəbərlər

Orphus sistemi