Biləsuvarda zəncirvari qəza baş verib, yaralananlar var

Biləsuvarda zəncirvari qəza baş verib, yaralananlar var Maşınlar Ələt-Astara yolunun Biləsuvardan keçən hissəsindəki döngədə toqquşublar
Hadisə
20 Mart , 2017 01:01
Biləsuvarda zəncirvari qəza baş verib, yaralananlar var

Biləsuvar. 20 mart. REPORT.AZ/ Biləsuvar rayonunda zəncirvari yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsindəki döngədə qeydə alınıb.

Astara istiqamətində hərəkətdə olan iki "Hyundai" və "Mercedes" markalı avtomobil toqquşub. Qəzanın təsirindən avtomobillər yol kənarındakı beton dirəyə çırpılaraq yoldan çıxıblar. Hadisə zamanı avtomobillərə ciddi ziyan dəyib, sürücülərin xəsarət aldığı deyilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi