Biləsuvarda 4.5 maqnitudalı zəlzələ olub - YENİLƏNİB

Biləsuvarda 4.5 maqnitudalı zəlzələ olub - YENİLƏNİB Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Biləsuvar rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ hiss olunmayıb.
Hadisə
5 Sentyabr , 2024 11:29
Biləsuvarda 4.5 maqnitudalı zəlzələ olub - YENİLƏNİB

Biləsuvar rayonunda qeydə alınan zəlzələ zamanı hər hansı dağıntı və ya insan xəsarəti olmayıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, yerli vaxtla saat 10:45-də Biləsuvar rayonunda 54 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.

11:00

Biləsuvar rayonunda 4.5 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Yeraltı təkanlar saat 10:45-də Cəlilabad stansiyasından 28 km şimal-qərbdə olub. Zəlzələ episentrdə 4 bala yaxın, episentrə yaxın ətraf yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Zəlzələ ocağı 54 kilometr dərinlikdə yerləşib.

Son xəbərlər

Orphus sistemi