Biləsuvarda yük maşını yanıb

Biləsuvarda yük maşını yanıb Avtomobilin kabinəsi və qabaq təkərləri yanıb
Hadisə
17 yanvar 2015 17:07
Biləsuvarda yük maşını yanıb

BAKI. 17 yanvar. REPORT.AZ/ Biləsuvar rayonu, Muğan kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus “Dang-Fang” markalı yük avtomobilinin kabinəsi və qabaq təkərləri yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Orphus sistemi