Biləsuvarda yük avtomobili ilə vurulan atlı ağır xəsarət alıb

Biləsuvarda yük avtomobili ilə vurulan atlı ağır xəsarət alıb Biləsuvar rayonunda xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə
30 May , 2022 20:53
Biləsuvarda yük avtomobili ilə vurulan atlı ağır xəsarət alıb

Biləsuvar rayonunda xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.

Belə ki, rayonun Ağayrı kənd sakini, 2001-ci il təvəllüdlü Hüseynov Xanhüseyn Hüseyn oğlu atla yolu keçərkən “KamAZ” markalı yük avtomobili onları vurub.

Qəza nəticəsində at tələf olub, X. Hüseynov isə ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.

Ona ilkin tibbi yardım göstərildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi