Biləsuvarda yol qəzasında ölən və yaralanan şəxsin kimliyi məlum olub

Hadisə
  • 03 mart, 2022
  • 17:10
Biləsuvarda yol qəzasında ölən və yaralanan şəxsin kimliyi məlum olub

Biləsuvar rayonunda ağır yol qəzasında ölən və yaralanan şəxsin kimliyi məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, qəza nəticəsində 1979-cu il təvəllüdlü Şükürov Yavər İsabala oğlu hadisə yerində ölüb, 1990-cı il təvəllüdlü Ağayev Taleh Balağa oğlu isə xəsarət alıb.

Hadisə bu gün axşam saatlarında Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

20:52

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, motosiklet əvvəlcə "Priora" markalı minik avtomobili ilə toqquşub. Daha sonra idarəetməni itirən minik avtomobili "Kamaz" markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində motosikletin sürücüsü hadisə yerində ölüb, minik avtomobilinin sürücüsü isə xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Hazırda ölən və yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə