Biləsuvarda yol qəzası olub, ölən var

Biləsuvarda yol qəzası olub, ölən var Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası olub
Hadisə
10 May , 2021 16:13
Biləsuvarda yol qəzası olub, ölən var

Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri, Heydər Əliyev küçəsində qeydə alınıb.

Belə ki, Biləsuvar şəhər sakini Əzizov Şirazi Elman oğlu idarə etdiyi "QAZEL" markalı yük avtomobili ilə Biləsuvar şəhər, Xəqani küçəsi sakini, 1949 -cu il təvəllüdlü Niftullayev Mehti Əlif oğlunu vurub.

Ağır bədən xəsarəti alan M.Niftullayev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi