Biləsuvarda yol qəzasında ölən 3 nəfərin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Biləsuvarda yol qəzasında ölən 3 nəfərin şəxsiyyəti məlum olub - YENİLƏNİB Biləsuvarda baş verən qəza zamanı ölənlərin şəxsiyyəti müəyyənləşib.
Hadisə
31 Avqust , 2019 00:24
Biləsuvarda yol qəzasında ölən 3 nəfərin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Biləsuvarda baş verən qəza zamanı ölənlərin şəxsiyyəti müəyyənləşib.

"Report"un Aran bürosu xəbər verir ki, bunlar Bakının Buzovna qəsəbəsinin sakinləri - 2004-cü il təvəllüdlü Hüseynov Riyad Çingiz oğlu, 2006-cı il təvəllüdlü Fərəczadə Səfər Fərəc oğlu, 1986-cı il təvəllüdlü Hüseynova Günel İsmayıl qızıdır.

Faktla bağlı araşdırma aparılır.


***23:41

Yeni Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, "Hyundai" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində 3 nəfər ölüb, daha 4-ü yaralanıb.

Qəza zamanı 2 nəfər hadisə yerində, biri isə xəstəxanada ölüb. Yaralılardan 3-ü Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (RMX), biri isə Biləsuvar RMX-ya aparılıb. Ölənlərdən biri qadındır. Maşında uşaqlar da olub.

Son xəbərlər

Orphus sistemi