Biləsuvarda yol qəzası baş verib, yaralılar var 

Biləsuvarda yol qəzası baş verib, yaralılar var  Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
2 Dekabr , 2021 20:08
Biləsuvarda yol qəzası baş verib, yaralılar var 
0 : 00
0 : 00

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Lənkəran rayonunun Kərgəlan kənd sakini, Quliyev Fəzail Ələkbər oğlunun idarə etdiyi "Mitsubishi" markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi