Biləsuvar. 11 dekabr. REPORT.AZ/ Biləsuvar rayonunda yol qəzası baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində rayon sakini, 1983-cü il təvəllüdlü Ramil İbadət oğlu Nərimanov və Masallı rayon sakini, 1963-cü il təvəllüdlü Nigar Əvəz qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.