Biləsuvarda yol qəzası baş verib, xəsarət alan var

Biləsuvarda yol qəzası baş verib, xəsarət alan var Biləsuvar. 3 sentyabr. REPORT.AZ/ Biləsuvar rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
3 Sentyabr , 2018 20:25
Biləsuvarda yol qəzası baş verib, xəsarət alan var

Biləsuvar. 3 sentyabr. REPORT.AZ/ Biləsuvar rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun 89-cu kilometrliyində - Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik və yük avtomobillərinin toqquşması nəticəsində Yardımlı rayon sakini, 1994-cü il təvəllüdlü Maqsud Namiq oğlu Hacızadə xəsarət alıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi