Biləsuvarda yol qəzasında xəsarət alanlardan biri xəstəxananın şöbə müdiridir - YENİLƏNİB-2

Biləsuvarda yol qəzasında xəsarət alanlardan biri xəstəxananın şöbə müdiridir - YENİLƏNİB-2 Biləsuvar rayonunda baş verən ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub.
Hadisə
27 İyun , 2019 16:32
Biləsuvarda yol qəzasında xəsarət alanlardan biri xəstəxananın şöbə müdiridir - YENİLƏNİB-2

Biləsuvar rayonunda baş verən ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub.

"Report"un Muğan bürosu xəbər verir ki, rayonun İsmətli kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Asim Rasim oğlunun idarə etdiyi “VAZ-21015” markalı avtomobil həmkəndlisi, 1955-ci il təvəllüdlü Şakir İnşallah oğlu Dövlətovun idarə etdiyi “Lada Priora” markalı avtomobillə toqquşub.

Nəticədə rayon sakinləri - “VAZ-21015” markalı avtomobildə olan 1944-cü il təvəllüdlü Şükufə Qəhrəman qızı Tağıyeva və 1961-ci il təvəllüdlü Hüseynova Güllübəyim Mehdi qızı hadisə yerində ölüb. Onların meyitləri Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qəzada xəsarət alan hər iki sürücü və İsmətli kənd sakinləri - 1993-cü il təvəllüdlü Tağızadə Araz Əsəd oğlu və 1979-cu il təvəllüdlü Əliyeva Məlahət Qurban qızı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, “Lada Priora” markalı avtomobilin sürücüsü Şakir Dövlətov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiridir.

Faktla bağlı araşdırmalar davam etdirilir.


*** 15:36

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosu xəbər verir ki, hadisə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında qeydə alınıb. 

Belə ki, "Lada Priora" və "VAZ-21015" markalı minik avtomobilləri toqquşub. Nəticədə 2 qadının hadisə yerində öldüyü və onların meyitlərinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verildiyi bildirilib. Eyni zamanda 4 yaralı xəstəxanaya yerləşdirilib.


*** 15:22

Biləsuvar rayonunda ağır yol qəzası baş verib. 

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir.

Hazırda hadisənin təfərrüatı və ölən şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi