Biləsuvarda yol qəzası baş verib, ölən var - YENİLƏNİB

Biləsuvarda yol qəzası baş verib, ölən var - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
23 Sentyabr , 2017 09:02
Biləsuvarda yol qəzası baş verib, ölən var - YENİLƏNİB
Report

Biləsuvar. 23 sentyabr. REPORT.AZ/ Biləsuvarda yol-nəqliyyat hadisəsi zamanı ağır bədən xəsarətləri alan şəxs xəstəxanada ölüb. 

"Report"un Aran bürosunun məlumatına görə, “VAZ-2107” markalı avtomobilin sürücüsü, Biləsuvar şəhər sakini, 1955-ci il təvəllüdlü Səttar Duman oğlu Qasımov hadisə zamanı ağırd bədən xəsarətləri alıb. 

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralı oarada ölüb.


***8:39

Biləsuvar. 23 sentyabr. REPORT.AZ/ Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, yük maşını ilə “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində bir nəfər yaralanıb. Yaralı ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi