Biləsuvarda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirildi

Biləsuvarda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirildi Dövlət Yol Polisi əməkdaşları Biləsuvar rayonunda yol hərəkətinin təmin edilməsi, xüsusilə yollarda dayanma-durma qaydalarına, o cümlədən avtomobillərin piyada səkilərində və avtobus dayanacaqlarında saxlamaqla yol hərəkəti qaydalarını pozan sürücülərə qa
Hadisə
14 Aprel , 2021 23:17
Biləsuvarda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirildi
0 : 00
0 : 00

Dövlət Yol Polisi əməkdaşları Biləsuvar rayonunda yol hərəkətinin təmin edilməsi, xüsusilə yollarda dayanma-durma qaydalarına, o cümlədən avtomobillərin piyada səkilərində və avtobus dayanacaqlarında saxlamaqla yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirib.

"Report"un Muğan bürosunun məlumatına görə, reyd zamanı Yol patrul xidməti əməkdaşları tərəfindən qeyd olunan yol hərəkəti iştirakçıları ilə maarifləndirici və proflaktik söhbətlər aparılıb, qeyd olunan qayda pozuntularına yol vermiş avtomobil sürücüləri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1, 346.2 və 346-1.2 -ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilməklə inzibati məsuliyyətə cəlb ediliblər.

Tərtib edilmiş tədbirlər planına uyğun olaraq xidməti ərazilərdə reydlər mütəmadi olaraq davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi