Biləsuvarda gül toxumundan zəhərlənən qardaşlar Bakıya gətirilib - YENİLƏNİB

Hadisə
  • 13 oktyabr, 2023
  • 11:31
Biləsuvarda gül toxumundan zəhərlənən qardaşlar Bakıya gətirilib - YENİLƏNİB

Biləsuvar rayonunda gül toxumundan zəhərlənən qardaşlar paytaxt xəstəxanalarından birinə köçürülüb.

"Report"un Muğan bürosunun məlumatına görə, onlara Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib.

Daha sonra müalicələrini davam etdirmək üçün paytaxt xəstəxanalarından birinə təxliyə ediliblər.

14:31

Biləsuvarda yeniyetmə qardaşlar gül toxumundan zəhərlənib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayon sakinləri 2013-cü il təvəllüdlü A.Bayramlı və 2014-cü il təvəllüdlü M.Bayramlı yaşadıqları evin həyətində əkilən gülün toxumlarını yeyərək zəhərləniblər.

Qardaşlar dərhal xəstəxanaya çatdırılıb. Həkimlər qardaşların vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti