Biləsuvarda yeniyetmə döyülərək ağır xəsarət alıb

Biləsuvarda yeniyetmə döyülərək ağır xəsarət alıb Ədhəm Poladzadənin döyülməsi araşdırılır
Hadisə
30 Avqust , 2017 22:55
Biləsuvarda yeniyetmə döyülərək ağır xəsarət alıb

Biləsuvar. 30 avqust. REPORT.AZ/ Biləsuvar şəhərində 13 yaşlı yeniyetmə döyülüb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Azadlıq küçəsində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Poladzadə Ədhəm Fuad oğlu bir qrup şəxs tərəfindən küçədə döyülüb. Azyaşlı müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir. 

Hələlik hadisənin səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi