Biləsuvarda yanğın olub, bir nəfər tüstüdən zəhərlənib

Biləsuvarda yanğın olub, bir nəfər tüstüdən zəhərlənib Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.
Hadisə
460
3 Sentyabr , 2021 23:35
Biləsuvarda yanğın olub, bir nəfər tüstüdən zəhərlənib
0 : 00
0 : 00

Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.

Belə ki, kəndin sakini, Teymurov Fəyaz Abış oğluna məxsus yem anbarında yanğın olub.

Hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

Yanğının söndürülməsinə kömək edən ev sahibinin qonşusu 22 yaşlı Xankıyev Röyal Yusif oğlu tüstüdən zəhərlənib. O, Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi