Biləsuvarda Vətən müharibəsi şəhidinin doğum günü qeyd edilib

Biləsuvarda Vətən müharibəsi şəhidinin doğum günü qeyd edilib Biləsuvar rayonunda Vətən müharibəsi şəhidinin doğum günü tədbiri keçirilib.
Hadisə
15 İyul , 2021 23:25
Biləsuvarda Vətən müharibəsi şəhidinin doğum günü qeyd edilib
0 : 00
0 : 00

Biləsuvar rayonunda Vətən müharibəsi şəhidinin doğum günü tədbiri keçirilib.

“Report”un Muğan bürosunun məlumatına görə, Vətən müharibəsi şəhidi Sadıqov Surac Ədalət oğlunun bu gün 20 yaşı tamam olur.

Bu münasibətlə şəhidin ata ocağında anım tədbiri keçirilib. Tədbirdə rayon rəsmiləri və yerli sakinlər iştirak edib.

Daha sonra şəhidin məzarı ziyarət edilib. Məzarı üzərinə gül dəstələri qoyulub.

Qeyd edək ki, Surac Ədalət oğlu Sadıqov 2001-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində doğulub.

Son xəbərlər

Orphus sistemi