Yuxarı

Biləsuvarda “Toyota”nın vurduğu 11 yaşlı yeniyetmə ölüb

Beş gün xəstəxanada müalicə olunan Sənan Muradovun həyatını xilas etmək mümkün olmayıb

Bakı. 9 noyabr. REPORT.AZ/ Biləsuvar rayonunda “Toyota” markalı avtomobilin vurduğu 11 yaşlı yeniyetmə ölüb. Bu barədə “Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir. 

Məlumata əsasən, noyabrın 3-də saat 15 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndində Bakı şəhər sakini Zakir Musayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən kənd sakini 11 yaşlı Sənan Muradovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən uşaq noyabrın 8-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi