Biləsuvarda təcili tibbi yardım avtomobilinin sürücüsü döyülüb

Biləsuvarda təcili tibbi yardım avtomobilinin sürücüsü döyülüb Faktla bağlı araşdırma aparılır
Hadisə
6 İyun , 2017 17:21
Biləsuvarda təcili tibbi yardım avtomobilinin sürücüsü döyülüb

Biləsuvar. 6 iyun. REPORT.AZ/ Biləsuvar rayonunda təcili tibbi yardım avtomobilinin sürücüsü döyülüb.  

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından "Report"un Aran bürosuna verilən məlumata görə, ötən gün axşam saatlarında yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub. 

Bundan sonra xəstəxananın Təcili tibbi yardım şöbəsinin əməkdaşları hadisə yerinə gedib və yaralını səhiyyə ocağına gətiriblər. Ancaq daha sonra xəstə yaxınları ilə təcili tibbi yardım avtomobilinin sürücüsü, 1954-cü il təvəllüdlü Məcid Əziz oğlu Qənbərov arasında mübahisə yaranıb. Nəticədə sürücü sifət nahiyəsindən xəsarət alıb.  

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi