Biləsuvarda qəza olub, iki nəfər xəsarət alıb

Biləsuvarda qəza olub, iki nəfər xəsarət alıb Yaralılar dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə
17 İyul , 2017 12:21
Biləsuvarda qəza olub, iki nəfər xəsarət alıb
Report.az

Biləsuvar. 17 iyul. REPORT.AZ/ Biləsuvarda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Aran bürosunun məlumatına görə, hadisə səhər saatlarında Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindəki döngədə qeydə alınıb. 

Nəticədə iki VAZ-2107 markalı avtomobil qəza törədib. Qəza zamanı bir nəfər ağır, bir nəfər isə yüngül xəsarət alıb.

Yaralılar dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi