Biləsuvarda qanunsuz ov edən şəxs saxlanılıb

Biləsuvarda qanunsuz ov edən şəxs saxlanılıb Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Biləsuvar rayonunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
Hadisə
24 Yanvar , 2022 10:58
Biləsuvarda qanunsuz ov edən şəxs saxlanılıb

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Biləsuvar rayonunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə İmişli rayon sakini Mirasim Əzimov qanunsuz ov edərkən saxlanılıb. Həmin şəxsdən müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Cəbrayıl RPŞ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi