Biləsuvarda qanunsuz ov edən şəxs saxlanıldı

Biləsuvarda qanunsuz ov edən şəxs saxlanıldı Biləsuvar və Qəbələ sakinlərində silah-sursat aşkarlanıb.
Hadisə
14 Sentyabr , 2020 11:43
Biləsuvarda qanunsuz ov edən şəxs saxlanıldı

Biləsuvar və Qəbələ sakinlərində silah-sursat aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Biləsuvar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən sentyabrın 11-də Mahmudçala adlanan ərazidə qanunsuz ov edən B.Teymurov saxlanılıb və ondan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Qəbələ RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Şərifovdan müvafiq sənədləri olmayan “TOZ-16” və “TOZ-32” markalı tüfənglər, 16 ədəd patron, 1 ədəd patron kəməri və 4 ədəd giliz götürülüb.


 

Son xəbərlər

Orphus sistemi