Biləsuvar. 6 aprel. REPORT.AZ/ Biləsuvarda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Aşağıcüləli kəndidə qeydə alınıb.
Naməlum avtomobil yolu keçmək istəyən 41 yaşlı kənd sakini Möhübbət Usub oğlu Cəfərovu vurub.
Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra o, Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.