Biləsuvardakı yanğın söndürülüb

Biləsuvardakı yanğın söndürülüb Biləsuvar rayonunda yanğın başlayıb.
Hadisə
21 Avqust , 2022 08:04
Biləsuvardakı yanğın söndürülüb

Biləsuvar rayonu yaxınlığında Mahmudçala Ovçuluq Təsərrüfatına aid ərazidə 1,5 ha sahədə kol-kos və qamışlıq yanıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

2022-08-20 23:27

Bu gün axşam saatlarında Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində sıx kolluq və qamışlıq sahədə yanğın hadisəsi baş verib. 

Bu barədə ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Report" bildirib.

Onun sözlərinə görə, Şirvan Milli Parkının və Biləsuvar rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

22:53

Biləsuvar rayonunda yanğın başlayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, yanğın Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində qeydə alınıb.

Hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi