Biləsuvarda mal-qara oğurluğu ilə məşğul olan şəxslər saxlanılıblar - FOTO

Biləsuvarda mal-qara oğurluğu ilə məşğul olan şəxslər saxlanılıblar - FOTO Biləsuvar. 22 fevral. REPORT.AZ/ Biləsuvar rayonunda mal-qara oğurluğu ilə məşğul olan şəxslər saxlanılıblar.
Hadisə
22 Fevral , 2018 11:00
Biləsuvarda mal-qara oğurluğu ilə məşğul olan şəxslər saxlanılıblar - FOTO
Report

Biləsuvar. 22 fevral. REPORT.AZ/ Biləsuvar rayonunda mal-qara oğurluğu ilə məşğul olan şəxslər saxlanılıblar.

Bu barədə "Report"un aran bürosuna DİN mətbuat xidmətinin Lənkəran Regional qrupundan məlumat verilib. 

Məlumatda bildirilib ki, Biləsuvar rayon sakini Mirzəli Nuriyev rayonun Xırmandalı kəndində yerləşən fermasından ona məxsus 4 baş dananın oğurlanması ilə bağlı rayon polis şöbəsinə müraciət edib. Aparılan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən şəxslərin Biləsuvar rayonunun Bəydili kənd sakini Cavad Süleymanov və rayonun Zəhmədabad kənd sakini Əli Bağırov olduğu müəyyən edilib və hər iki şəxs saxlanılıb. Onlar heyvanları Maştağa bazarında 4 600 manata satdıqlarını bildiriblər. Adıçəkilən şəxslərin həmçinin ayrı-ayrı vaxtlarda rayonun Əliabad və Zəhmədabad kəndlərinin hər birindən 1 baş heyvanı da oğurladıqları məlum olub. Cavad Süleymanov və Əli Bağırov 6 baş heyvanı ümumilikdə 7 100 manata satıb pulu aralarında bölüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Son xəbərlər

Orphus sistemi