Biləsuvarda iki məktəblini avtomobil vurub

Biləsuvarda iki məktəblini avtomobil vurub Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Hadisə
28 Yanvar , 2022 13:49
Biləsuvarda iki məktəblini avtomobil vurub
0 : 00
0 : 00

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Əsgərabad kəndində baş verib.

Belə ki, kənd sakinləri 2005-ci il təvəllüdlü Əmirov Kənan Nizami oğlunu və 2005-ci il təvəllüdlü Qəhrəmanov Coşqun Ələddin oğlunu "VAZ 2107" markalı minik avtomobili vurub.

Məktəblilər ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi