Biləsuvarda iki maşın toqquşub, 1 nəfər yaralanıb

Biləsuvarda iki maşın toqquşub, 1 nəfər yaralanıb Hadisə ötən gün axşam saatlarında baş verib
Hadisə
6 Noyabr , 2016 09:11
Biləsuvarda iki maşın toqquşub, 1 nəfər yaralanıb

Biləsuvar. 6 noyabr. REPORT.AZ/ Biləsuvarda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış 9 saylı qəsəbə ərazisində qeydə alınıb.

On saylı qəsəbənin Cəbrayıldan olan sakini Fariz Rzaqulu oğlu Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil “Qazel” ilə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan “Jiquli”nin sürücüsü İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi