Yuxarı

​Biləsuvarda iki "Jiquli" toqquşub, 2 nəfər yaralanıb

Hadisə Ələt-Astara magistral yolunda qeydə alınıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Biləsuvarda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Əsgərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad rayon sakini, 49 yaşlı Yusif Balaxan oğlu Xankişiyev idarə etdiyi "VAZ-2107" markalı avtomobil ilə hərəkətdə olarkən Biləsuvar sakini, 22 yaşlı Elşən Valeh oğlu Abbasovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobil zədələnərək yararsız hala düşüb.

Hadisə zamanı hər iki maşının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi