Biləsuvarda güclü küləyin fəsadları: rayon işıqsız qalıb

Hadisə
  • 04 mart, 2022
  • 06:44
Biləsuvarda güclü küləyin fəsadları: rayon işıqsız qalıb

Biləsuvar rayonunda güclü külək bir sıra fəsadlara yol açıb.

"Report"un Muğan bürosunun məlumatına görə, əsən güclü külək Biləsuvar rayonunun mərkəzini və əksər kəndləri işıqsız qoyub.

Rayon sakinlərinin sözlərinə görə, artıq 4 saatdır elektrik enerjisinin verilişi kəsilib.

Küləyin digər fəsadları da dəqiqləşdirilir.