Yuxarı
    Bağlamaq

    Biləsuvarda gənc fəhlə bədbəxt hadisə nəticəsində ölüb - ƏLAVƏ OLUNUB

    Rövşən Yaqubovun başına dəmir düşüb

    Biləsuvar. 13 fevral. REPORT.AZ/ Fevralın 13-ü günorta saatlarında Biləsuvar şəhərində bədbəxt hadisə baş verib.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə taxta-şalban sexində qeydə alınıb.

    Rayonun Günəşli kənd sakini, həmin sexdə fəhlə işləyən 30 yaşlı Rövşən Bəybala oğlu Yaqubovun başına dəmir düşüb. Aldığı xəsarətdən beyninə qan sızan fəhlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi