Biləsuvarda ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib
Hadisə
- 09 sentyabr, 2024
- 04:33
Biləsuvarda ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.
Ərazinin zibillənməsi halları ilə bağlı 6 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.
Sözügedən ərazilərdəki antisanitar vəziyyət polis və aidiyyəti dövlət qurumu tərəfindən aradan qaldırılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Son xəbərlər
04:35
Fərid Cəfərov: Azərbaycan beynəlxalq təşəbbüslərin müəllifi kimi tanınır
Xarici siyasət04:02
"JPost": İsraildə avtomobilin partlaması nəticəsində bir nəfər ölüb
Digər ölkələr03:41
Foto
Azərbaycan BMT-də mədəniyyətlərarası dialoqun təşviqi mövzusunda müzakirə təşkil edib
Xarici siyasət03:09
"Bloomberg": "SpaceX" ilkin kütləvi yerləşdirməyə hazırlıq üçün xarici bankları cəlb edib
Biznes02:46
Video
"Osmanlıda alınmayan planlar Cənubi Qafqaza daşındı" - Qərbi Azərbaycan Xronikası
Daxili siyasət02:23
"Mançester Siti" İngiltərə Liqa Kubokunun finalında "Arsenal" ilə qarşılaşacaq
Futbol01:55
Zelenski Ukraynanın Rusiya ilə müharibədəki itkilərini açıqlayıb
Digər ölkələr01:45
Türkiyədə qadın həbsxanasında yanğın baş verib, məhkumlar təxliyə olunub
Region01:18