Biləsuvarda taxıl sahələri yanıb

Biləsuvarda taxıl sahələri yanıb Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.
Hadisə
27 May , 2019 19:10
Biləsuvarda taxıl sahələri yanıb

Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun İran İslam Respublikası ilə sərhədi yaxınlığında baş verib.

İlkin məlumata görə, bir neçə yerli sakinə məxsus 40 hektar biçilməmiş və 10 hektar biçilmiş taxıl sahələri yanıb.

Dərhal əraziyə Biləsuvar Yanğından Mühafizə Hissəsinin  4 avtomobili cəlb edilərək yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi