Biləsuvarda baş verən yol qəzasında 1 nəfər xəsarət alıb

Biləsuvarda baş verən yol qəzasında 1 nəfər xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
6 Aprel , 2017 11:08
Biləsuvarda baş verən yol qəzasında 1 nəfər xəsarət alıb
Report.az

Biləsuvar. 6 aprel. REPORT.AZ/ Biləsuvarda baş verən yol qəzasında 1 nəfər xəsarət alıb. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobilin sürücüsü idarəetməni itirib və qəza baş verib. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Salyanın Quyçu kənd sakini, 36 yaşlı Yaqub Əliniyaz oğlu Məmmədov Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi