Biləsuvarda avtomobil piyadanı vurub

Biləsuvarda avtomobil piyadanı vurub Biləsuvar rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
21 İyul , 2021 13:53
Biləsuvarda avtomobil piyadanı vurub

Biləsuvar rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Əsgərabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, Əlifov Nəriman Həsən oğlu idarə etdiyi "VAZ-2115" markalı minik avtomobili ilə kənd ərazisində piyada İslamov Yaşılxan Amanxan oğlunu vurub. Yaralı müxtəlif ağır bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi