Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb

Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb Biləsuvar rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə
25 İyul , 2022 10:42
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb

Biləsuvar rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə iyulun 24-də saat 1 radələrində rayonun Cəbrayıl qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon sakini Qadir Qasımov avtomobillə vurulub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada oarada ölüb.

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-2106” markalı avtomobillə törədilməsi müəyyən edilib. Həmin nəqliyyat vasitəsini idarə edən Beyləqan rayon sakini S.Əlizadə saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi