Biləsuvarda baş vermiş yol qəzasında ölənlərin şəxsiyyətləri məlum olub - YENİLƏNİB-2

Biləsuvarda baş vermiş yol qəzasında ölənlərin şəxsiyyətləri məlum olub - YENİLƏNİB-2 Biləsuvarda baş vermiş yol qəzasında ölənlərdən digərinin də şəxsiyyəti məlum olub.
Hadisə
5 May , 2019 15:00
Biləsuvarda baş vermiş yol qəzasında ölənlərin şəxsiyyətləri məlum olub  - YENİLƏNİB-2

Biləsuvarda baş vermiş yol qəzasında ölənlərdən digərinin də şəxsiyyəti məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, "Hyundai" markalı minik avtomobilinin aşması nəticəsində 1948-ci il təvəllüdlü Fərəcov Fərəcağa Miri oğlu ölüb.

Qeyd edək ki, qəza zamanı həmçinin nəqliyyat vasitəsinin sürücüsü, Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Məmmədov Məmməd Vəkil oğlu da ölüb. Hadisə Ələt-Astara magistral yolunun 90-cı kilometrliyində Biləsuvar rayonu ərazisində baş verib.

Faktla bağlı araşdırma aparılır.


***10:25

Biləsuvarda baş vermiş yol qəzasında ölənlərdən birinin şəxsiyyəti məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, "Hyundai" markalı minik avtomobilinin aşması nəticəsində nəqliyyat vasitəsinin sürücüsü, Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Məmmədov Məmməd Vəkil oğlu ölüb.   

Qeyd edək ki, hadisə Ələt-Astara magistral yolunun 90-cı kilometrliyində Biləsuvar rayonu ərazisində baş verib. 

Faktla bağlı araşdırma aparılır.


***09:15

Biləsuvarda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun 90-cı kilometrliyində, Biləsuvar rayonu ərazisində baş verib.

"Hyundai" markalı minik avtomobil idarəetməni itirərək aşıb. Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb. Hər iki meyit Salyandakı morqa gətirilib. Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi